RU

“AzerGold” QSC-də 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə mentorluq proqramının yekunlarına dair görüş keçirilib

Bakı, 23 dekabr, AZƏRTAC

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Vüqar Mamedov ilə yekun görüşünü keçirib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə 1 illik fərdi inkişaf planı əsasında görülmüş işlər təhlil edilib, proqramın nəticələri ətraflı müzakirə edilib.

Z.İbrahimov mentorluq proqramının uğurla başa çatması münasibətilə Vüqar Mamedovu təbrik edib, qarşılıqlı faydalı əməkdaşlıqdan məmnunluğunu, idarəçilik sahəsində gənc kadrların potensialının üzrə çıxarılması, istedadlı kadr kimi önə çəkilməsi istiqamətində faydalı təşəbbüslərə hər zaman dəstək verməyə hazır olduğunu bildirib və ona gələcək karyera inkişafında uğurlar arzu edib.

V.Mamedov proqram müddətində mentorun karyera planlaması, effektiv idarəçilik, iş və həyat balansı, emosional zəka, fors-major hallarda effektiv qərar qəbuletmə, etik prinsiplər və peşəkar standartlar, böhran menecmentinə dair məsləhətlərindən faydalandığını, qazandığı nəzəri və praktiki təcrübə, biliklərin onun şəxsi inkişafında və karyerasında təsiredici rola malik olacağına əminliyini ifadə edib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncama əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

 

Избранный
5
13
azertag.az

10Источники