RU

AzMİU nümayəndələri İTÜ ilə elmi əməkdaşlıq əlaqələrini gücləndirmək məqsədilə İstanbulda bir sıra görüşlər keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) elm vəinnovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova vəMühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müəllimidosent Samirə Əkbərova, Türkiyənin İstanbul Texnik Universitetinə(İTÜ) səfər ediblər.

Səfər çərçivəsində İTÜ-nün tədris və beynəlxalq əlaqələr üzrəprorektoru professor İpək Akın Karadayı ilə görüş keçirilib.

Görüşdə həmçinin İTÜ-nün İnşaat mühəndisliyi kafedrasının müdiriprofessor Mustafa, AzMİU ilə ikili diplom proqramının koordinatoruprofessor Abdul Hayır və İTÜ-də təhsil alan AzMİU tələbələriiştirak ediblər.

Görüşdə AzMİU və İTÜ-nün ikili diplom müqaviləsi çərçivəsindətəhsil alan tələbələrinin qarşılaşdıqları çətinliklər və ikilidiplom müqaviləsinin genişləndirilməsi mövzuları müzakirə edilib.Universitetlər arasında elmi əməkdaşlığın inkişaf etdirilməsi,birgə layihələrin həyata keçirilməsi və beynəlxalq elmplatformalarında qarşılıqlı dəstəyin artırılması məsələləri önplana çıxıb.

Səfər zamanı professor Nigar Aslanova İTÜ-nün Mədənçilikfakültəsini və Fənn Ədəbiyyat fakültəsinin Riyaziyyat kafedrasınıziyarət edib, kafedrada elmi seminarla çıxış edib. Hər ikifakültədə professor-müəllim heyəti ilə elmi əməkdaşlıq imkanlarıbarədə müzakirələr aparılıb.

Görüşlərin sonunda iki universitet arasında əlaqələrinmöhkəmləndirilməsi və birgə layihələrin inkişaf etdirilməsi iləbağlı konkret addımlar atılacağı bildirilib.

Qeyd edək ki, bu səfər AzMİU-nun beynəlxalq aləmdə mövqeyiningücləndirilməsi və elmi əməkdaşlıq sahəsindəki əlaqələringenişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
Məqalədə:
Избранный
12
2
az.trend.az

3Источники