RU

Bu il tibb müəssisələrimizə 22.1 milyon müraciət qeydə alınıb və 76,8 milyon tibbi xidmət göstərilib

2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrinə 22,1 milyon müraciət qeydə alınıb və 76,8 milyon tibbi xidmət göstərilib.

Fins.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov 2024-cü ilin yekunları və 2025-ci ilin planlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, 2023-cü ildə 20,3 milyon müraciət qeydə alınmış, 63,8 milyon tibbi xidmət göstərilmişdi:

"Cari ildə müraciət sayında 9%, tibbi xidmətlərin sayında isə 20%-lik artım müşahidə olunub.
2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrində 348 mindən çox cərrahi əməliyyat və prosedur icra edilib. Eyni zamanda, bu dövrdə laborator xidmətlərin sayı 30,5 milyona çatıb ki, bu da keçən illə müqayisədə 34%-lik artım deməkdir."

V. Qurbanov əlavə edib ki, 2024-cü ilin yanvar-noyabr aylarında 6 milyondan çox radioloji müayinə aparılıb.

Избранный
3
4
fins.az

10Источники