RU

Netanyahu girovların azad edilməsi üzrə danışıqlarda irəliləyiş olduğunu açıqlayıb

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlarda bəzi irəliləyiş olduğunu bildirib.

“Report” xəbər verir ki, o, bu barədə Knessetin (parlament) tribunasından çıxışı zamanı bildirib.

“Ehtiyatla demək istərdim ki, danışıqlarda müəyyən irəliləyiş var. Bunun nə qədər vaxt aparacağını bilmirəm”, - Netanyahu deyib.

Baş nazir qeyd edib ki, irəliləyiş üç səbəblə, o cümlədən radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürülməsi, Livanın “Hizbullah” hərəkatına zərbələr endirilməsi, eləcə də Qəzza zolağında HƏMAS-a hərbi təzyiqlərlə bağlıdır.

“Bütün girovları evlərinə qaytarana qədər ara vermədən fəaliyyət göstərəcəyik”, - Netanyahu söyləyib.

Избранный
4
3
demokrat.az

6Источники