"Napoli" mövsümün sonunda bir üzvü ilə yolları ayıra bilər.

Offsideplus.az xəbər verir ki, söhbət qolkiper Aleks Meretdən gedir. İtaliyalı qolkiper Neapol təmsilçisi ilə yeni müqavilə imzalamayıb.

Futbolçu klub rəhbərliyi ilə danışıqlarda müqavilə müddəti, maaş və imic haqları məsələsində razılıq əldə etməyib.

Qeyd edək ki, 2019-cu ildən bu yana klubda çıxış edən Meretin hazırkı dəyəri 12 milyon avrodur.