Hazırda ölkənin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində meşəbərpa tədbirləri davam edir və hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilir.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.
Onun sözlərinə görə, ölkə ərazisini əhatə edən meşəbərpa tədbirləri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətinin nümayəndələrinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının, həmçinin hərbçilərin iştirakı ilə Xaçmaz və Beyləqan rayonlarında keçirilib və 3 mindən artıq müxtəlif növ ağac tingi əkilib.