RU

Netanyahu və Katz İsrail ordusuna Husi hədəflərinə HÜCUM ƏMRİ VERDİ

Netanyahu və Katz İsrail ordusuna Yəməndəki strateji Husi hədəflərinə hücum əmri verib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdə (İsrail parlamenti) çıxışı zamanı bildirib.

O deyib ki, ölkənin Müdafiə Nazirliyinin rəhbəri Katz ilə birlikdə İsrail ordusuna Yəməndəki strateji Husi hədəflərinə hücum əmri verib və bu hücum “sonuncu deyil”.

“Son günlərdə müdafiə naziri ilə birlikdə İsrail ordusuna husilərin strateji hədəflərinə dəqiq zərbələr endirmək göstərişi vermişik.

Biz husilərin istifadə etdiyi mühüm terror aktivlərini məhv etdik”, – Netanyahu qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
35
41
interpress.az

10Источники