RU

Rutte Trampın NATO ilə bağlı sözlərinə dəstək verdi

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp müdafiə xərclərinin artırılması üçün təzyiq edə biləcəyini ifadə edir, bunu etməkdə haqlıdır.

Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte belə açıqlama verib. Müsahibəsində bəzi NATO üzvlərinin müdafiə xərclərinin nisbətən aşağı olması ilə bağlı müzakirələrdən danışan Rutte bildirib ki, alyans daha çox iş görməlidir. O hazırda Rusiyanın ittifaq ərazisinə hücum təhlükəsini görmədiyini, lakin gələcək üçün narahat olduğunu vurğulayıb. Ruttenin sözlərinə görə, NATO müdafiə xərclərini artırmasa ciddi problemləri olacaq. Müdafiə sənayesini gücləndirməyin və istehsalı genişləndirməyin lazım olduğunu vurğulayan Rutte bildirib ki, NATO ərazisində müharibənin qarşısını almaq üçün indidən hərəkətə keçməlidir.

Избранный
15
metbuat.az

1Источники