RU

Təyyarə yaşayış məntəqəsinə çırpılıb: Biznesmen və ailəsi həlak olub

Braziliyada məşhur iş adamı ailəsi ilə birlikdə təyyarədə qəzaya uğrayıb. 

 

Sfera.az bildirir ki, Braziliyanın cənubunda, Qramado kurort şəhəri yaxınlığında məşhur yerli iş adamı Luis Klaudillo Qaleasi və ailəsini daşıyan sərnişin təyyarəsi qəzaya uğrayıb. Onların hamısı yerindəcə ölüblər.

 

İlkin məlumatlara görə, təyyarə uçuş səviyyəsini tərk edərək bir evin bacasına çırpılıb, daha sonra mobil telefonlar satılan mağazanın üzərinə düşüb. Təyyarədə olan 10 sərnişinin hamısı həlak olub, yerdə olan 17 nəfər isə yaralanıb.

 

Jurnalistlər təyyarənin şəhərin yaşayış massivində qəzaya uğradığını, evə və mobil telefonlar satılan mağazaya ziyan vurduğunu yazır. Qəzada Qaleasi, həyat yoldaşı, üç qızı və digər ailə üzvləri də daxil olmaqla, təyyarədə olan 10 nəfərin hamısı həlak olub. Yerdə olan daha 17 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

 

Braziliya mediası təyyarənin Rio-Qrande-du-Sul əyalətindəki Kanela hava limanından qalxın və bir neçə dəqiqə sonra Qramado şəhərinin mərkəzində qəzaya uğradığını yazıb. Braziliya rəsmiləri bildiriblər ki, Qaleasi çox güman ki, sükan arxasında olub və binanın bacasına, sonra binanın ikinci mərtəbəsinə çırpılıb.

 

Braziliya KİV-lərinin məlumatına görə, qurbanlar arasında təbii fəlakət yerində baş verən yanğın nəticəsində dəm qazından boğulan insanlar da var. Hazırda qəza yerində xilasedicilər, polis əməkdaşları və Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin (CENIPA) mütəxəssisləri işləyir.

 

Braziliya mediası qəza zamanı qatı duman, zəif görmə və yağış olduğunu bildirir. Braziliya prezidenti Lula da Silva artıq həlak olanların ailələrinə başsağlığı verib və xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

 

Aysel

Избранный
16
sfera.az

1Источники