Bakı. Trend:
Dekabrın 23-də ölkə ərazisində qeydə alınan 31, əvvəlkidövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumatyayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 86, o cümlədənborclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyətiüzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.