RU

Azərbaycan neftinin qiyməti aşağı düşdü

11:12 24.12.2024
11:12 24.12.2024

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,86 ABŞ dolları, yaxud 1,14% azalaraq 74,26 ABŞ dolları təşkil edib.

Mynews.az xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 71,92 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Избранный
6
49
mynews.az

10Источники