Məqalədə vurğulanır ki, Ukraynada cəbhə xətti sabitləşmədiyi müddətcə Avropa qoşunlarının göndərilməsi ilə bağlı müzakirələr yalnız nəzəri xarakter daşıyır. Avropa ordularının isə döyüş təcrübəsi olan Rusiya hərbi qüvvələrinə qarşı ciddi təsir göstərə bilməyəcəyi qeyd olunur.
• Washington Post daha əvvəl Avropa müttəfiqlərinin, Rusiya ilə sülh sazişi imzalanacağı halda, Ukraynaya hərbi kontingent göndərməyi nəzərdən keçirdiyini yazmışdı.
• İspaniyanın baş naziri Pedro Sançes Ukraynada sülhməramlı missiyada iştirak etməyəcəklərini və qoşun göndərməyəcəklərini bildirib.
• Almaniya kansleri Olaf Şolts isə Berlindən ediləcək yardımların ölkənin öz təhlükəsizliyinə zərər vurmaması şərtini vurğulayıb.