Türkiyədə partlayıcı maddə istehsal edən fabrikdə baş verən partlayışda ölənlərin sayı artıb.
News365.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölənlərin sayı 13-ə çatıb.
***
Türkiyənin Balıkəsir bölgəsində partlayıcı maddə istehsal edən fabrikdə partlayış baş verib.
News365.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Nəticədə 12 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.