RU

Starmer Ukraynaya qoşun göndərməyə hazırdır - "The Times"

Bu fikirlər “The Times”də dərc olunanməqalədəndir. Qəzet yazıb ki, Starmer Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparan zaman Ukraynanın döyüş meydanında potensialını daha da gücləndirmək üçün əsgərlərə təlim keçmək təklifi ilə bağlı bəzi razılıqlara gəlib.

WP: “Zelenski tədricən öz mövqeyini dəyişir”
Artıq 51 minə yaxın ukraynalı əsgər Böyük Britaniyada “İnterfleks” əməliyyatı çərçivəsində təlim keçib.
"Bununla belə, Britaniyaya hərbi personal göndərmək “çoxmərhələli səyahət”ə bənzəyir", - "The Times" yazıb.

"Hazırda çağırışçılarla bağlı ciddi narahatlıqlar var. Bu, ukraynalıların cəbhə bölgəsinə göndərilməzdən əvvəl lazımi təlim və ya avadanlıq ala bilməyəcəkləri qorxusuna bağlıdır. Məhz bu qorxuya görə çağırış yaşında olanlar hərbi xidmətə getməkdən çəkinirlər. Təlim proseslərin Ukraynanın qərbinə köçürülməsi isə hərbi xidmətdən yayınmaq istəyənlərdə fərqli fikir formalaşdıra bilər və əsas təlim kursundan keçən ukraynalıların sayını artıra bilər",- müəllif yazıb.

Müharibədən əvvəl Britaniya qoşunları Ukraynanın qərbində ukraynalı əsgərlərə təlim keçib və az sayda britaniyalı hərbi həkim hələ də ölkədə fəaliyyət göstərir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb.
Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az

Избранный
13
azvision.az

1Источники