Xəbər verdiyimiz kimi, Türkiyənin Balıkesir şəhərində partlayıcı maddələr fabrikində partlayış baş verib. Nəticədə 12 nəfər həlak olub, 4 nəfər yaralanıb
Ucnoqta.az xəbər verir ki, "AA" partlayış baş verən hadisə yerindən görüntülər yayıb.
Daxili işlər naziri Əli Yerlikaya 12 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını bildirib.
Balıkesir əyaləti qubernatorluğunun mətbuat xidmətinin verdiyi məlumata görə, alovlandırıcı qapaqların istehsal xəttində baş verən hadisənin terror aktı ehtimalı nəzərdən keçirilmir.