RU

Zelenskidən Kurskda döyüşən Şimali Koreya əsgərləri ilə bağlı AÇIQLAMA

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə birlikdə döyüşərkən Kursk vilayətində öldürülən və yaralanan Şimali Koreya əsgərlərinin sayının 3 mini keçdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Zelenski “X” sosial media platformasında gündəmlə bağlı açıqlamalar verib.

O, müharibə ilə bağlı son məlumatı Ukrayna Baş Qərargah rəisi Oleksandr Syrskyidən aldığını bildirib:

“Şimali Koreyanın Rusiya ordusuna əlavə əsgər və hərbi texnika göndərməsi riski var. Bununla bağlı konkret addımlar atacağıq. Kursk bölgəsində ölən və yaralanan Şimali Koreya əsgərlərinin sayı 3 mini keçib”.

Koreya yarımadası və qonşu regionlarda qeyri-sabitlik riskinin Moskva ilə Pxenyan arasında əməkdaşlığa mütənasib olaraq artdığını bildirən Zelenski bu barədə xəbərdarlıq edib:

Избранный
12
2
publika.az

3Источники