RU

Bunu Azərbaycanda görmürük və görməyəcəyik

Bu gün dünyada gedən proseslər göz qabağındadır.

Publika.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib:

"Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi - bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik", - İ.Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışları, təbii ki, bizim tarixi Zəfərin və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır:

"Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və əminəm ki, bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq. Hər yerdə ədalət olmalıdır - beynəlxalq münasibətlərdə, ailədə, hər bir ölkədə, hər bir cəmiyyətdə. Biz buna çalışırıq. Biz tarixi ədaləti, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik və bununla qürur duyuruq".

Избранный
5
2
publika.az

10Источники