Xəbər vermişdik ki, Ermənistan Baş naziri Nikol Paşinyan Feysbuk səhifəsində Keçmiş prezidentləri bir daha düşünməyə və üzbəüz müzakirə üçün fürsətdən istifadə etməyə çağırıb.
Adalet.az xəbər verir ki, Paşinyanın çağırışına hər iki sabiq prezidentin ofisindən cavab gəlib.
Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryanın ofisinin rəhbəri Baqrat Mikoyanın Nikol Paşinyanın debata dəvətinə cavabı yayınlayıb. Cavabda deyilir:"Prezident Köçəryan uzun müddətdir ki, baş nazirin Facebook-dakı yazılarını oxumur. İşimə görə onlarla tanış olmaq məcburiyyətində qaldım və reaksiyam da bu oldu.
Müzakirə üçün mübahisəli mövzu lazımdır. Qarabağ və Ermənistanın suveren ərazilərinin verilməsinin indiki baş nazirin şəxsi “qazancı” olması danılmaz tarixi faktdır və bütün ağlabatan insanlar üçün aydındır.
2018-2024-cü illərdə Ermənistanda bir nəfər tam hakimiyyətə malik idi və o bir nəfər bütün hadisələrə görə tam məsuliyyət daşıyır. Bir nəfər elan edib ki, öz nöqteyi-nəzərindən danışıqlar aparır və bu bir nəfər də indiki baş nazirdir. Əlbəttə ki, heç kim Tiktokunn komik personajı ilə ciddi mövzuları müzakirə etməyəcək.Minlərlə polis və mühafizəçinin arxasında gizlənərək sağ qalanın çağırışına susmaq istərdim".
Ermənistannın üçüncü prezidenti Serj Sarkisyanın ofisindən erməni mediasına cavab verilib: "Aydın olanlar haqqında mübahisə etmək mənasızdır, xüsusən ona görə ki, hakimiyyətin ələ keçirilməsinə qədər, eləcə də ondan sonra Qarabağ münaqişəsinin nizamlanmasının bütün tarixi təfərrüatı ilə təqdim olunub. Hətta o dövrdə Ermənistan hökuməti danışıqların baş tutmaması üçün hər şeyi edib.
İndiki hökumət proses müzakirə etmək istəyirsə, o zaman biz həmsədr ölkələrin prezidentləri ilə müzakirə etməyi tövsiyə edirik: Rusiya, ABŞ və Fransa 2009-2013-cü illərdə(Sarkisyan prezident olduğu dövr nəzərdə tutulur) onlar 5 dəfə danışıqların formatı və Dağlıq Qarabağ məsələsinin hansı prinsiplər əsasında həll edilməli olduğunu bəyan ediblər".
Hələlik Ermənistanın birinci prezidenti Levon Ter Petrosyan ofisindən heç bir reaksiya yoxdur.
Qeyd edək ki, bu gün Paşinyan 1994-cü ildən, yəni atəşkəsdən sonra danışıqlar prosesinin Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı olduğunu bəyan edib.
Əntiqə Rəşid