RU

Rəşad Sadıqov bu futbolçunun “qələmini qırdı” – GEDİŞİ AN MƏSƏLƏSİDİ

Qış fasiləsinə 4-cü pillədə yollanan “Zirə” heyətinə əl gəzdirməyi düşünür.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, qəsəbə təmsilçisi legioner futbolçusu Abbas İbrahimlə yolları ayırmağı düşünür. Nigeriyalı yarımmüdafiəçinin performansı “qartallar”ın məşqçilər korpusunu qane etmir. Tez-tez zədələnən və bundan sonra əsas heyətdəki yerini itirən 26 yaşlı futbolçu ilə yolların ayrılması an məsələsidi. Bu barədə oyunçunun özünə məlumat verilib.

Qeyd edək ki, Abbas İbrahim 2023-cü ildən “Zirə”də çıxış edir. Onunla 2,5+1 illik müqavilə imzalanmışdı.

 

Избранный
8
idmanxeber.az

1Источники