RU

“Fiziki infrastruktur” İşçi qrupunun növbəti iclası keçirilib

Bakı. Trend:

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə KomissiyanınRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbərliyihəyata keçirilən Fiziki infrastruktur üzrə İşçi qrupunun növbətiiclası keçirilib.

Trend nazirliyə istinadənxəbər verir ki, iclasda işçi qrupun üzvü olan dövlət qurumlarınınvə ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Bildirilib ki, işçi qrupunun rəhbəri, rəqəmsal inkişaf vənəqliyyat nazirinin müavini Cavid Qurbanovun sədrliyi ilə keçiriləniclasda qrupun fəaliyyəti ilə bağlı cari məsələlərin müzakirəsiaparılıb.

İclasda ilk olaraq işçi qrupunun əvvəlki iclasının Protokolundaqərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumatverilib.

Belə ki, “Qlobal İnnovasiyalar İndeksi” hesabatında “Logistikperformans” indeksinin hesablanma metodologiyasının dəyişdirilməsibarədə Dünya Bankı ilə müzakirələrin aparıldığı və yenimetodologiyaya uyğun olaraq “sorğu əsaslı yanaşmadan Big Dataəsaslı yanaşmaya keçid”in qəbul edildiyi bildirilib. İstifadəolunan böyük məlumat mənbələri olaraq Ümumdünya Poçt İttifaqı,“Cargo” İQ, “TradeLens”, “MDS Transmodal” və “MarineTraffic” kimiməlumat bazalarından istifadə ediləcəyi diqqətə çatdırılıb.

Sonra “Qlobal İnnovasiyalar İndeksi” hesabatında “Elektrikenerjisi istehsalı” indikatorunun 2022 və 2023-cü illər üzrəgöstəricilərinin təhlil edildiyi və 2024-cü il üzrə proqnozgöstəricilərin Komissiyanın Katibliyinə təqdim edildiyibildirilib.

Daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinintabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsitərəfindən yol infrastrukturunun keyfiyyətinin yaxşılaşdırılmasıilə bağlı xüsusilə yol nişanlarının quraşdırılması, yollarınxətlənməsi, Bakı şəhərində mobilliyin artırılması istiqamətindəgörülən işlər haqqında məruzə edilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi dənizsuyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsindəkeçirilən pilot layihə, əhalinin dayanıqlı su təminatı məqsədiləAbşeron yarımadası ərazisində aparılan magistral su kəmərləri vəhəmin kəmərlər boyu mərkəzi su anbarlarının tikintisi, eləcə də suitkilərinin azaldılması məqsədilə məhəllədaxili və binadaxili sutəchizatı sistemlərinin yenidən qurulması və məişət susayğaclarının quraşdırılması barədə ətraflı məlumat verilib.

Təqdimatlardan sonra işçi qrupun üzvləri arasında müzakirələraparılıb, rəy və təkliflər dinlənib, icra effektivliyinin daha daartırılması istiqamətində tövsiyələr verilib. Eyni zamanda növbətiildə görüləcək işlər və işçi qrupunun 2025-ci il üçün FəaliyyətPlanının layihəsi müzakirə edilib.

Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrəKomissiyanın “Fiziki infrastruktur” üzrə işçi qrupuna rəhbərliyiRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

Избранный
14
5
az.trend.az

7Источники