RU

Paşinyan Sarkisyan və Köçəryanı debata çağırıb, hər ikisi imtina edib

Adətən müxalifət liderləri dövlətə rəhbərlik edənləri debata dəvət edirlər, Ermənistanda isə tərsinədir.

Baş nazir Nikol Paşinyan Qarabağı “itirdiklərinə” görə məsuliyyətin daha çox Ermənistanın keçmiş prezidentləri Robert Köçəryanın və Serj Sərkisyanın üzərində olduğunu bildirib. Paşinyan xələflərini debata çağırıb, hər ikisi imtina edib. Paşinyanın sözlərinə görə, həm Köçəryan, həm də Sərkisyan beynəlxalq vasitəçilərlə Qarabağın Azərbaycana tabe etdirilməsi mövzusunu müzakirə ediblər. Köçəryan və Sərkisyan bunu inkar ediblər. Paşinyan isə ermənilərə reallığı izah etmədiyinə görə, özünü günahkar bilir. Halbuki, Paşinyan “Qarabağ Ermənistandır” dedikdə müharibənin başlama tarixini tezləşdirdi. Ancaq əgər Paşinyan rəqiblərini debata çağırırsa, deməli özünə arxayındır. Digər tərəfdən Paşinyan Ermənistan iqtisadiyyatının da Köçəryan və Sərkisyan dövründəkindən daha yaxş olduğu qənaətindədir.

Elxan Şahinoğlu

visiontv.az



Избранный
4
1
visiontv.az

2Источники