Ukrayna prezidenti Volodimir Zelenski X sosial media platformasında gündəmlə bağlı açıqlamalar verib.
"ÖLƏN VƏ YARALANAN ŞİMALİ KOREYA ƏSGƏRLƏRİNİN SAYI 3 MİN OLDU"
Rusiya müharibəsi ilə bağlı son məlumatı Ukrayna Baş Qərargah rəisi Aleksandr Sırskidən aldığını bildirən Zelenski, “Şimali Koreyanın Rusiya ordusuna əlavə əsgər və hərbi texnika göndərməsi riski var. Biz bu məsələ ilə bağlı konkret addımlar atacağıq",- deyə qeyd edib.
Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı itkiləri ilə bağlı son məlumatları paylaşan Zelenski , "Kursk bölgəsində öldürülən və yaralanan Şimali Koreya əsgərlərinin sayı 3 mini keçib",- deyə vurğulayıb.