RU

Aleksanyanın İlham Əliyevi təbrik etməsi erməni ictimaiyyətinə örnək olmalıdır - POLİTOLOQ



"Belə düşünən ermənilər anlayırlar ki, Ermənistanın gələcəyi yalnız Azərbaycanla normal münasibətlər qurmaqdan keçir"
 
Tanınmış erməni jurnalist Natali Aleksanyan Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. Bu barədə jurnalist sosial şəbəkə hesabında paylaşım edib.

“Hörmətli İlham Əliyev,
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, rifah və bütün təşəbbüslərinizdə uğurlar arzulayıram.

Bu gün bölgənin rifahına töhfə verən sülh, əməkdaşlıq və qarşılıqlı anlaşma dəyərlərini bir daha vurğulamaq üçün mühüm bir fürsətdir”, -paylaşımda bildirilir.
Qeyd edək ki, Natali Aleksanyan Azərbaycan və Ermənistan arasında daim sülh çağırışları etməsi ilə tanınır.

“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, Ermənistan cəmiyyətində çox az siyasətçi, ictimai xadim, politoloq Cənubi Qafqazın gələcək taleyinin sülh və sabitlikdən keçdiyini anlayır:

 
“Eyni zamanda bu istiqamətdə müəyyən açıqlamalar verənlər də var. Bunların az olma səbəbi isə erməni siyasi ideoloji düşüncə tərzinin yanlız Azərbaycana düşmənclilik notları üzərində formalaşmasıdır. Bir neçə müsbət yöndə olan erməni ictiami xadimin mövqeyi erməni ictimaiyyətinə örnək olmalıdır. Belə düşünən ermənilər anlayırlar ki, Ermənistanın gələcəyi yalnız Azərbaycanla normal münasibətlər qurmaqdan keçir. Azərbaycanla yaxşı əlaqələr qurmadan Ermənistanın gələcək taleyi müəmmalı olaraq qalacaq. Rəsmi Bakı və Prezident İlham Əliyev atdığı bütün addımlarda iki ölkə arasında sülh prosesinin inkişaf etdirilməsi məqsədi güdür. Rəsmi Bakının və cənab Prezident əsas hədəfi Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması və bunun iki ölkə arasında yekun sülh sazişinin imzalanması ilə möhkəmlənməsidir. Bunu anlayan ermənilər yeganə doğru yolun bu olduğunu başa düşürlər. Azərbaycan Prezidentinin sülh təşəbbüslərinin bütün region üçün faydalı olduğunun nəzərə alınması olduqca vacib yanaşma tərzidir. Azərbaycan liderinin Cənubi Qazqazda sülh və sabitliyin əsas təminatçısı rolunu oynama imkanlarının geniş olduğunu dəyərləndirmək xüsusi önəm daşıyır”.
Избранный
11
sherg.az

1Источники