RU

Orta əsrlər İtaliyasında hesab edirdilər ki, əsl kişi döyüşdə ölməlidir

Belə halda onun ruhu cənnətə gedib digər cəngavər döyüşçülərlə birlikdə ola bilər. Belə olmayan halda ölən insanın yasına heç kim gəlməzdi, yaşadıqları ərazidə onun məzarı heç bir zaman ziyarət edilməz idi

Lakin elə hallar olurdu ki, döyüşdən sağ çıxan, sonra müharibəyə getməyən bəzi İtaliyanlar yaşlanırdı və ahıl yaşında xəstəlik keçirib ölüm yatağına düşürdü. Belə olan halda Abokadorra adlı xüsusi adamlar olurdu ki, onları dəvət edirdilər və bu gələn əli baltalı şəxslər xəstə adamı yatağında ağır formada təhqir edir, alçaldıcı sözlər deyir və onları təhrik edirdilər ki, duelə dəvət edilsinlər.

Xəstə yatağından zorla duraraq əlinə qılınc alıb duelə çıxırdı və dərhal da Abokadorra onu əlindəki balta ilə öldürürdü.

Bu zaman həmin ərazidə yaşayan insanlar onun ölü bədənini hörmətlə götürür, dəfn edir və ildə bir neçə dəfə məzarını ziyarət edirdilər. Belə hesab edilirdi ki, yaşlı və xəstə olmasına baxmayaraq İtalyan şərəfini və adını qoruyan bu şəxs hörmətə layiqdir.

dosent Zaur Əliyev

visiontv.az



Избранный
14
visiontv.az

1Источники