İtaliya A seriyasının təmsilçisi “Montsa”nın baş məşqçi postundan göndərilən Alessandro Nestanın işsiz günləri çox az çəkə bilər.
Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, “Milan”ın veteran müdafiəçisinin Türkiyədə işləmək imkanı var.
Belə ki, 48 yaşlı məşqçi “Alanyaspor”dan təklif alıb. İtaliya millisinin veteran futbolçusu Superliqa təmsilçisinə razılıq verərsə, yaxın vaxtlarda rəsmi müqavilə imzalanacaq.
“Alanyaspor” hazırda Superliqada 19 komanda arasında 15-ci pillədədir.
Nesta 2002-2012-ci illərdə "Milan"da oynayıb. Məşqçi kimi isə Nesta "Mayami", "Peruca", "Frosinone", "Recciana" komandalarında işləyib.
saytlarin hazirlanmasi