RU

Ziraat Bank Azərbaycan”ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib

Bakı. Trend:

Dünyanın 19 ölkəsində fəaliyyət göstərən “Ziraat MaliyyəQrupu”-nun tərkib hissəsi olan “Ziraat Bank Azərbaycan” ASC-ninMüşahidə Şurasına müstəqil üzv təyin edilib. Bank tərəfindən təqdimedilən məlumatda səhmdarların ümumi yığıncağının qərarına əsasənŞenol Özyurtun “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasınamüstəqil üzv seçildiyi bildirilib.

Yeni təyin edilən müstəqil üzv, Şenol Özyurt 1967-ci il dəAnkarada anadan olub. Bank sahəsindəki karyerasına 1991-ci ildəbaşlayan Şenol Özyurt bankda informasiya texnologiyaları sahəsindəkaryerasını qurub, 2019-cu ildən bu sektordan ayrılaraq informasiyatexnologiyaları sahəsində önəmli biznes qurumlarında yüksək rütbəlivəzifələrdə çalışıb.

2024-cü il 10 dekabr tarixindən etibarən Şenol Özyurt “ZiraatBank Azərbaycan” ASC-nin Müşahidə Şurasının müstəqil üzvüvəzifəsinə təyin edilmişdir.

“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 161illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidirvə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyətgöstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsulvə xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi9 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformalarıüzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflıməlumatı, Bankın Facebook, Instagram, X , Linkedin,Youtubesosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərəkəldə edə bilərsiniz.

Избранный
7
9
az.trend.az

10Источники