Cəlilabad rayonunda doğuşdan sonra əkiz körpələr vəfat edib.
News365.az xəbər verir ki, 22 dekabr tarixində saat 23:00 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə 2002-ci il təvəllüdlü hamilə qadın daxil olub.
Müayinə zamanı 24-25 həftəlik əkiz hamiləlik qeydə alınıb. Qadında vaxtından əvvəl doğuş prosesi başlayıb.
Saat 00:00 radələrində çəkisi 700 qram olan (kişi cinsli) körpə, 00:10 radələrində isə çəkisi 650 qram olan (qadın cinsli) körpə (ekstremal az çəkili dərin yetişməzliklə) doğulub.
Göstərilmiş bütün reanimasiyon tədbirlərə baxmayaraq 23 dekabr tarixində ölüm faktı qeydə alınıb.