RU

Lənkəranda 3300 dəmirağacı əkilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Osakücə meşəbəyliyində ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan aksiyada Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, 1 saylı Regional Meşə Təsərrüfat Mərkəzinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Aksiyanın əsas məqsədi yaşıllıqların artırılması, ekoloji tarazlığın təşviqi və ətraf mühitin qorunmasına, sağlamlaşdırılmasına töhfə verməkdir.

Qeyd edək ki, aksiya çərçivəsində 1 hektar ərazidə 3300 ədəd dəmirağacı tingi əkilib, onlara aqro-texniki qulluq göstərilib və suvarılması təmin edilib.

Избранный
6
2
yeniazerbaycan.com

4Источники