RU

"İlham Əliyev tək prezident deyil, həm də diplomat və hərbi sərkərdədir"

“Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti sözün əsl mənasında təqdirəlayiqdir. Diplomatik və siyasi sahədə aparılan islahatlar, yeniliklər bizə ən nəhayətində Qarabağ zəfərini bəxş etdi. Prezidentin özünün də dediyi kimi, o, ata vəsiyyətini gerçəkləşdirdi. Ümummilli liderin dünyasını dəyişməsilə yarımçıq qalan Qarabağ məsələsini ölkə başçısı İlham Əliyevin dövründə öz həllini tapdı”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib. O bildirib ki, illər boyunca aparılan ordu quruculuğu, ən müasir silahların alınması, hərbi əməkdaşlıqlar, strateji tərəfdaşlıqlar, beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri ilə aparılan uğurlu əməkdaşlıq bizi gücləndirdi:

Prezidentin Münhen Təhlükəsizlik Konfransındakı çıxışları, beynəlxalq tribunalardan Qarabağ həqiqətlərini, erməni yalanlarını ifşa etməsi, əslində, böyük bir hadisə idi. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə beynəlxalq müstəvidə nüfuzunun artmasının, əslində, kiçik komponent olsa da, böyük nəticələri var idi”. 

Ekspert vurğulayıb ki, bu gün Azərbaycan və Cənubi Qafqaz regionu yeni reallıqlara üz-üzədir:

“Qarabağ münaqişəsi bitib. Azərbaycan-Ermənistan sülh prosesi çərçivəsində ciddi işlər görülür. İlham Əliyev təkcə prezident deyil, həm də diplomat və hərbi sərkərdədir. Çünki eyni anda ali baş komandan kimi müharibənin qızğın vaxtında orduya başçılıq etmək, həm də bir diplomat kimi dünyanın nüfuzlu media qurumlarının qarşısına çıxıb mətbuat konfransında iştirak etmək, jurnalistlərin suallarını cavablandırmaq ciddi uğurdur. Prezidentin Paşinyanla görüşlərinə baxdıqda biz görürük ki, o öz dialoqları ilə qarşı tərəfi məhv etməyi bacarıb. ABŞ-dəki siyasi prosesləri amerikalı jurnalistin üzünə tarixi həqiqət kimi çırpmağı bacaran, dünyanın gözü qarşısında uğurlu siyasi gedişlər edən bir liderdən danışırıq. Azərbaycan “yaşıl enerji” sahəsində böyük işlər görür, Qərbə və Şərqə inteqrasiya edir və ən əsası türk dünyanın güclənməsində mühüm aktora çevrilir, “Böyük Qayıdış” sürətlənir”.

Törə Zeynallı
Demokrat.az
Избранный
17
demokrat.az

1Источники