Fransalı futbolçular arasında 2023/24 mövsümünün ən yaxşısı müəyyənləşib.
Bu nominasiyanın qalibi Kilian Mbappe olub.
“Real”ın hücumçusu Fransanın “Ekip” qəzetinin keçirdiyi sorğuda 1-ci yeri tutub. 25 yaşlı futbolçu 56 xal toplamaqla bütün həmkarlarını 4-cü dəfə qabaqlayıb. 2-ci yeri 51 xalla “Arsenal”ın müdafiəçisi Vilyam Saliba, 3-cü yeri isə 24 xal toplayan “Milan”ın qapıçısı Mayk Menyan tutub.
Maraq üçün Kərim Benzemanın sorğuda Mbappeyə səs vermədiyini bildirək. “Ekip”in yazdığına görə, “Əl-İttihad”ın hücumçusu səsini “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa, PSJ-dən Bredli Barkola və “Arsenal”dan Salibaya verib. Buna səbəb kimi Kərimin Kiliana dərin nifrət bəsləməsi göstərilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта