RU

Ağırlıqqaldırma Federasiyası ilə yekun vurub - FOTO

Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) ilin yekunlarına dair tədbir keçirib.

İdman.biz xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra AAF-ın prezidenti Kamran Nəbizadə giriş sözü ilə çıxış edib.

Federasiyanın 2024-cü ildə qazandığı nailiyyətlərdən danışan Kamran Nəbizadə, idmana dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini vurğulayıb. O, ağırlıqqaldırma növündə qarşıya böyük hədəflərin qoyulduğunu xatırladaraq, cari ildə qazanılmış uğurların davamlı olacağına inandığını ifadə edib.

Daha sonra çıxış üçün söz, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudova verilib. Firdovsi Umudov bu il Beynəlxalq və Avropa Ağırlıqqaldırma Federasiyalarının prezidentlərinin ölkəmizə səfərlərini xatırladıb. O qeyd edib ki, Avropa Ağırlıqqaldırma Akademiyasına ev sahibliyinin Azərbaycana verilməsində, adı çəkilən qurumlarla beynəlxalq əlaqələrin peşəkar səviyyədə qurulmasının böyük rolu olub.

Daha sonra 2024-cü ildə fərqlənmiş idmançı və məşqçilərə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib.
Bu il Avropa çempionu adını qazanmış, dünya çempionatının gümüş medalına sahib olmuş yığma komandamızın lideri, Dadaş Dadaşbəyli “İlin idmançısı” adına layiq görülüb.

Onun yarışlara hazırlanmasında xüsusi əməyi olan yığma komandanın böyük məşqçisi Asif Məmmədova “İlin məşqçisi” nominasiyası təqdim edilib.

Yığma komandanın baş məşqçisi Maxtı Makkayev federasiyadakı səmərəli fəaliyyətinə görə fərqlənib.
Dadaş Dadaşbəylinin şəxsi məşqçisi Şəmsi Səfərli isə ağırlıqqaldırma idman növünün inkişafındakı xidmətlərinə görə mükafatlandırılıb.

İdman.biz

Избранный
14
2
idman.biz

6Источники