RU

AzTV-nin xoreqrafı buna görə gürcülərlə dava edib

Azərbaycan Qafqazın qədim coğrafiyası, Şərqin aparıcı mədəniyyət mərkəzlərindən biri olub. Ölkəmizin ərazisində karvansara tipli qonaqlama yerlərinin çoxluğu göstərir ki, tarixin bütün dövrlərində bura çoxsaylı səyyah və tacir səfər edib.

 Turanpress.org Kult.az -a istinadla xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev qeyd edib. O bildirib ki, coğrafiyamıza sonradan köçən xalqlar yerli xalqların adətlərini, mahnılarını, folklorunu, mətbəxini və maddi və qeyri-maddi irsini özününküləşdiriblər: “Ermənilər bəllidir, qaraçılar olaraq oğurluq onların genindən gəlir, bəs gürcülər niyə belə edir? Sualın sadə cavabı var: bu tarix və coğrafiya ilə aborigen bağlılığı olmayan gürcülər Qafqaza köçüb gələndən sonra özlərinə bir mədəniyyət və tarix yaratmalı idilər, bunun üçünsə, əlbəttə, Azərbaycan coğrafiyasında olan hazır məhsulu götürüb özününkü etmək daha rahat idi. Yüzlərlə maddi və qeyri-maddi irsimiz, torpaqlarımız kimi, gürcülər tərəfindən işğal edilib. Bunlardan biri də qədim tərəkəmə-oğuz rəqsi olan “Şələqoy”dur. Azərbaycanda əhalinin əsas işi maldarlıq-heyvandarlıq və taxılçılıq idi və təbii ki, odun, ot, taxıl, yonca və s. ehtiyatı görülürdü. Odun, yonca, saman, otdan adətən şələ bağlayırdılar, çünki belədə daşınma rahat olurdu. Məsələn, biçilmiş və şələ başlanmış otu, samanı biçənəkdən sürətli daşımaq üçün yallı rəqsində olduğu kimi, cərgə ilə düzülürdülər və onu bir-birinə ötürürdülər. Ənənəyə uyğun olaraq, biçin vaxtı ney, nağara və sazda ritmik musiqi ifa olunurdu ki, işçilər motivasiya olsunlar. Təbii rəqs - “Şələqoy” bu cür yaranıb. Azərbaycanda Atabəylər dövründən başlayaraq xalq arasında toylarda və el şənliklərində ifa olunan bu rəqs zamanla bütün Qafqaza yayılmışdır. Gürcü dilində və tarixində “şələ” sözü ilə bağlı bir ifadə belə yoxdur. Olmadığı üçün də onlar bu sözü özününkləşdirib, “Şalaxo” ediblər. Məhz 1970-ci illərdə AzTV-nin xoreqrafı Kamal Həsənov gürcülərlə dava edib ki, rəqsin adını niyə dəyişmisiniz? Bunun adı “Şələqoy”dur. Gürcülər bu günə qədər də “şalaxo” sözünün mənası ilə bağlı bircə elmi fakt və sübut ortaya qoya bilməyiblər. Ermənilər isə lap irəli gedərək, saxta bir məlumat yayırlar ki, guya bu rəqsi erməni Nikoqayus Tiqranyan 1895-ci ildə bəstələyib. Halbuki ilkin orta əsr və orta əsr qaynaqlarında bu mahnının Azərbaycanda ifa edildiyi barədə kifayət qədər qeydlər var. Bu ermənilər hətta Azərbaycan rəqsi “Basqalını” “Erməni Şalaxosu” (Somxuri Şalaxo) kimi qələmə verirlər. Lakin həm gürcü, həm də ermənilər yaxşı bilirlər ki, bu xalq rəqsini Səid Rüstəmov 1937-ci ildə nota köçürüb və bütün SSRİ-də bu rəqsin Azərbaycana aid olduğunu təsdiq edib. Bu gün gürcülər və ermənilər bu mahnının onlara məxsus olduğunu iddia edirlər. Lakin ən azından ritmə və musiqinin ifa tərzinə baxanda burda nə gürcü, nə də erməni elemenləri görmək olar”.

Избранный
2
4
turanpress.com

5Источники