RU

Həkim açıqladı: Bu virusdan qorunun, yoxsa...

Pediatr: “Uşaqlar arasında göyöskürək artır, çıxış yolu yalnız...”Soyuq qış mövsümü bir qayda olaraq, bəzi infeksion xəstəliklərin özünü göstərməsi ilə müşayiət olunur. Səbəblər sırasında sözsüz ki, immunitet amili öndə gəlir.İmmunitet adətən qidalanmada yanlışlar, hərəkətsizlik, qapalı məkanlarda çox olmaq (təmiz hava problemi), vitamin çatışmazlığı və digər səbəblərdən zəifləyir. Bu da mikrob və virusların orqanizmdə fəallaşmasına və fəsadlar törətməsinə zəmin yaradır.Bəs necə qidalanaq, nələri diqqətə alaq ki, virus-mikroblara qarşı davamlı, infeksiyalardan uzaq olaq? Bundan ötrü immuniteti güclü etmək yetərlimi? Bu qış daha çox hansı viruslar bizə, xüsusən də uşaqlara “yol yoldaşı” olacaq? O sırada qızılca təhlükəsi təzədən qayıda bilərmi? Qış aylarının şaxtalı keçməsi yoluxmalara nə dərəcədə təsirli olacaq?Mütəxəssislər qeyd edir ki, immunitet sistemini gücləndirmək və infeksiyalardan qorunmaq üçün balanslı və zəngin qidalanma vacibdir. Yəni immuniteti dəstəkləyən qidaların rasiona daxil edilməsini tövsiyə edirlər. Omega-3 yağ turşuları ilə zəngin olan balıq həftədə iki-üç dəfə istehlak edilməlidir. Qızartma əvəzinə sobada və ya buğda bişirmək məsləhətdir. Eləcə də E vitamini və bitki yağ turşuları ilə zəngin olan çiy qoz, fındıq və badam immuniteti gücləndirir, gündə bir ovuc (təxminən 30 qram) qəbul etmək kifayətdir.Sitrus meyvələri də xüsusi vurğulanır. Portağal, naringi, limon və qreyfrut kimi meyvələr C vitamini ilə zəngindir və immuniteti dəstəkləyir. Tərkibindəki fitonsidlər (sarımsaq və soğan) sayəsində viruslara qarşı orqanizmi möhkəmləndirir. Kalsium, maqnezium, selen və vitaminlərlə zəngindir, immuniteti gücləndirir. Çox bişirmədən istehlak etmək tövsiyə olunur.Eyni zamanda kefir və qatıq kimi probiotiklərlə zəngin qidalar bağırsaq florasını tənzimləyərək immuniteti dəstəkləyir. Həkimlər qış mövsümündə xüsusilə uşaqlar arasında bir sıra viruslardan qorunmağın yollarını açıqlayır. Qrip, respirator sinsitial viruslar (RSV) və soyuqdəymə hər il qış aylarında uşaqlar arasında tez-tez rast gəlinir. RSV uşaqlarda tənəffüs yolu infeksiyalarına səbəb ola bilər. Son illərdə bəzi bölgələrdə qızılca hallarının artması müşahidə olunur. Peyvəndləmə səviyyəsinin aşağı olduğu yerlərdə qızılca riski artır.Qış aylarının soyuq və şaxtalı keçməsi virusların yayılmasına birbaşa təsir göstərməsə də, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi infeksiyaların yayılma riskini artırır. Buna görə də qapalı məkanlarda gigiyena qaydalarına riayət etmək və müntəzəm havalandırma vacibdir.Həkimlər tövsiyə edir ki, mütləq olaraq uşaqların və böyüklərin peyvənd təqviminə uyğun olaraq peyvənd olunması vacibdir. Xüsusilə qızılca və qrip əleyhinə peyvəndlər infeksiyalardan qorunmada əhəmiyyətlidir. Əllərin tez-tez yuyulması, maska istifadəsi və sosial məsafənin qorunması infeksiyaların yayılmasının qarşısını alır. Balanslı qidalanma, kifayət qədər yuxu və müntəzəm fiziki aktivlik immuniteti gücləndirir və infeksiyalara qarşı müqaviməti artırır.İmmuniteti gücləndirmək və infeksiyalardan qorunmaq üçün kompleks yanaşma vacibdir. Düzgün qidalanma, gigiyena qaydalarına riayət etmək və peyvəndlərdən istifadə etmək sağlam qalmağınıza kömək edəcək.Pediatr Vaqif Qarayev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib. O qeyd edib ki, son vaxtlar uşaqlar arasında göyöskürək artır: “Bir neçə ay əvvəl qızılca geniş yayılmışdı. Yoluxan yoluxdu, yoluxmayanların da bəzilərinə valideynlər qorxudan peyvənd vurdurdular.Qızılca tam keçməsə də, epidemiyanı sönmüş hesab edək. Amma kifayət qədər peyvəndsiz uşaqlar var, yenə alovlana bilər. Göyöskürəkdən də xilas yolu peyvənddir. Mən uşağımın immunitetini gücləndirirəm ki, xəstəliklərə yoluxmasın" kimi nağıllarla valideynlər özlərini aldatmasınlar.Bəzən adi burun tutulmasına da məişətdə qrip deyirik. Bu düzgün deyil. Qrip xüsusi viruslar tərəfindən törədilən, bəzən ölümcül fəsadları olan ağır xəstəlikdir. Rast gəlinən xəstəliklər bəzən daha yüngül gedişli ola bilir. Hər qızdırmaya, hər öskürəyə antibiotik verilməməlidir. Həkim təyinatı olmadan heç verilməməlidir. Yersiz istifadə olunan antibiotiklərin ciddi fəsadları olur. Apteklərdə hərarətsalıcı kimi antibiotik təklif edərlərsə, almasınlar".

Избранный
8
4
gender.az

10Источники