RU

“Qarabağ”ın legioneri bu ölkəni seçdi

“Qarabağ”ın əksər legionerləri fasilə dönəmini vətənlərində keçirəcəklər.

Buna səbəb istirahət müddətinin az, yəni təxminən 10 günü əhatə etməsidir.

Qısa zaman kəsiyini çoxdan görmədikləri ailə üzvləri və doğmalarına sərf edəcək əcnəbilərdən fərqli, Marko Veşoviç səyahət etməyə də imkan tapacaq.

“Qarabağ”ın əsas müdafiəçilərindən olan Monteneqro millisinin üzvü Sportinfo.az-a qış planı barədə danışıb:

“Xanımımla səyahət etməyi sevirik. İndiyə qədər bir çox ölkələrdə istirahət etmişik. Lakin Danimarkaya birgə səfərimiz olmayıb.

Bu dəfə səyahət üçün Kopenhageni seçdik. Futbolçu kimi milli komanda ilə səfər etmişəm, amma turist kimi yox.

Skandinaviya ölkələrinin havasını və həyat tərzini sevirəm. Ona görə də bu dəfə Kopenhagenə üstünlük verdik.

Bir neçə gün orada qalandan sonra Monteneqroya qayıdıb, yaxınlarımızla vaxt keçirəcəyik”.

“Qarabağ”lılar üçün istirahət müddəti yanvarın 2-nə qədərdir. Ertəsi komanda Bakıda bir araya gəlib, hazırlıqlarını “Azersun Arena”dakı təlim-məşq bazasında davam etdirəcək.

HƏBİB

Избранный
13
sportinfo.az

1Источники