1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Xaçmaz sakini rayonda fəaliyyət göstərən marketlərin birindən dondurulmuş skumbriya balığı alır.
Lakin evdə balığın buzu açıldıqda, məhsulun çəkisi 30-40%-ə qədər azalıb.
Vətəndaş bildirib ki, buzun çəkisində artım var. Məsələn, 5 kiloqram balıq alanda 1 600-1 700 qram itki olur. Son 1 ayda belə hallarla tez-tez rastlaşır. Dondurulmuş balıqların üzərindəki buz qatı həddindən artıq qalın olur.
Digər marketlərdə də vəziyyət eyni olub.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, fakt nəzarətə götürülüb, araşdırılır.
Ətraflı Apa TV-nin süjetində: