Bakı. Trend:
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları rəqəmsalplatformalarda yayımlanan tanıtım reklamlarına qarşı diqqətliolmağa çağırıb.
Trend xəbər verir ki, bubarədə məlumat DİN-in sosial şəbəkədə rəsmi hesabındapaylaşılıb.
Paylaşımda deyilir:
"Məşhur şəxsləri və ya tanınmış səhifələri təqlid edərəkyaradılmış sosial media hesablarında paylaşılan kontentlərə qarşıdiqqətli olun! Yönləndirilən internet saytların veb ünvanlarınıyoxlayın, doğruluğundan əmin olun! Yönləndirilən keçidlərdə fayl vəproqram yükləmə seçimlərinə qarşı diqqətli olun!"