Gürcüstan rusların aktiv şəkildə daşınmaz əmlak aldıqları ölkələr sırasında ilk üçlüyə daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Bildirilib ki, 2024-cü ildə Rusiya vətəndaşları ən çox mənzilləri Tailandda (15%), Gürcüstanda (13,6%) və BƏƏ-də (7,5%) alıblar.
Qeyd olunub ki, bu il Gürcüstanda ruslar arasında daşınmaz əmlaka tələbat 10% artıb. Bu, mənzil qiymətlərinin aşağı həddi (35 min dollardan) və ölkəyə köçən rusların sayının artması ilə bağlıdır.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта