RU

Rusiya bankları depozit faizlərini aşağı salır

Rusiya Mərkəzi Bankının əsas faiz dərəcəsini 21% səviyyəsində saxlamaq qərarından sonra bir neçə iri Rusiya bankı bəzi əmanət məhsulları üzrə dərəcələri aşağı salıb.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Beləliklə, "Qazprombank" əmanətlər üzrə maksimum dərəcəni 1 faiz bəndi — 23%-ə endirib. ICD-də maksimum dərəcə 25% - dən 24% -ə endirilib. "Alfa-Bank" həmçinin bir sıra rubl əmanətləri üzrə faizləri iki faiz bəndi azaldıb.

Qeyd olunub ki, VTB, "OTP Bank" və" Promsvyazbank" Mərkəzi Bankın qərarına baxmayaraq depozit dərəcəsini dəyişməyi planlaşdırmır.

Избранный
17
axar.az

1Источники