RU

Koreya səfiri XİN-də

Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının səfiri Li İn-Yonqu ölkəmizdəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Görüş zamanı Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.

Ceyhun Bayramov səfir Li İn-Yonqa ölkəmizdə diplomatik fəaliyyəti müddətində göstərdiyi səylərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 ildən artıq müddət ərzində iqtisadiyyat, investisiyalar, nəqliyyat-kommunikasiyalar, humanitar, təhsil, dövlət xidmətləri və sair istiqamətlər üzrə əməkdaşlığın mövcud vəziyyətinin müzakirə edildiyi görüş zamanı, həmçinin əlaqələrimizin inkişaf perspektivlərinin mövcudluğu vurğulanıb.

Səfir Li İn-Yonq ölkəmizdə fəaliyyəti müddətində göstərilən dəstək və əməkdaşlığa görə təşəkkür edib, Azərbaycan-Koreya münasibətlərinin gələcək inkişafına ümidvar olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XQ

Избранный
1
16
xalqqazeti.az

10Источники