RU

İpoteka və Kredit Zəmanət Fondu investorlara 279 milyon manat faiz ödəyib

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu onun istiqrazlarının sahibləri olan investorlara 278,5 milyon manat civarında faiz ödənişləri həyata keçirib.

“İki sahil” xəbər verir ki, bunu Fondun İdarə Heyəti sədrinin müşaviri İlham Kələşov qurumun təşkil etdiyi "Yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri" adlı seminarda bildirib.

Onun sözlərinə görə, bu, 2009-cu ildən indiyə qədər dövriyyəyə buraxılmış 1 milyard 906,3 milyon manatlıq istiqrazlar üzrə öhdəliklərin icrası çərçivəsində baş tutub.

"Bu illər ərzində Fond kapital bazarlarından 3 milyard manata yaxın vəsait cəlb edib. Hazırda dövriyyədə ümumi dəyəri 2 milyard manatdan çox olan istiqrazlarımız var", - deyə i.Kələşov qeyd edib.

Bundan başqa, o deyib ki, Fond yüksək kapitallaşmaya malikdir: "Fondun nizanamə kapitalı dövlət büdcəsi hesabına formalaşır və hazırda 1 milyard 68,4 milyon manatdır. Kapitalın aktivlərə nisbəti 33,4 % təşkil edir".

Избранный
3
3
ikisahil.az

4Источники