RU

Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatına start verilib

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunda taekvondo üzrə yeniyetmə və gənclər arasında ölkə birinciliyi, böyüklər arasında isə Azərbaycan çempionatına start verilib.

Apasport.az xəbər verir ki, yarışın ilk günündə 2011-2013-cü il təvəllüdlü yeniyetmə taelvondoçular mübarizəyə qoşulublar.

Günün sonunda oğlanlar arasında 37 kq, 41 kq, 57 kq, 61 kq, 65 kq, +65 kq, qızlar arasında 55 kq, 59 kq, +59 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

Oğlanlar arasında Musa Süleymanlı (37 kq), Nicat Nadirov (41 kq), Elmir Salimov (57 kq), Rəsul Cavadzadə (61 kq), Yusif Nağızadə (65 kq), Fuad Həsənov (+65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qızların mübarizəsində isə Eda Eren (55 kq), Gulnaz Abdullayeva (59 kq) və Aliyə Məmmədli (+59 kq) qalib olublar.

Qeyd edək ki, çempionat və birincilikdə hər üç yaş qrupu üzrə ümumilikdə 78 klubdan 959 idmançı mübarizə aparır.

Azərbaycan Taekvondo Federasiyası hakimlər üçün seminar keçirib

Təmsilçimiz ən yaxşı hakim adına layiq görülüb

Taekvondoçularımız beynəlxalq turnirdə 2 medal qazanıblar

Taekvondoçumuz Avropa çempionatında üçüncü olub

Taekvondoçularımız Albaniyada 5 medal qazanıblar

Избранный
2
3
apasport.az

6Источники