RU

Ərdoğan Azərbaycana başsağlığı verdi

Bakı. Trend:

Bu gün səhər saatlarında Azərbaycan Hava Yollarına məxsussərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması xəbərini böyükkədərlə öyrəndik.

Trend xəbərverir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TürkiyəBöyük Millət Məclisində çıxışı zamanı deyib.

"Hər iki qardaş ölkəyə xalqımız adından başsağlığı və keçmişolsun diləklərimizi çatdırırıq", - deyə R.T.Ərdoğan bildirib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki,Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan,6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyəNazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayanBakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Избранный
19
11
az.trend.az

5Источники