RU

AFFA klubu böyük biznes imperiyası qurmuş şəxsin ixtiyarına verdi - SON DƏQİQƏ

«Mingəçevir»in uzun illərdir davam edən sponsor qayğısı başa çatıb. AFFA I Liqada mübarizə aparan klubu

ASTA-nın ((Azerbaijan Sport Talents Academy) himayəsinə verib.

Bununla bağlı federasiya və şirkət rəhbərliyi arasında aparılan danışıqlar tam yekunlaşıb. Razılıq hələlik qeyri-rəsmi formada əldə olunub.

Yanvarda İcraiyyə Komitəsinin iclası keçiriləcək və məhz həmin toplantıda qərar açıqlanacaq.

ASTA-nın təmsilçiləri artıq klubun başçısı Ayaz Əliyevlə görüşüb və təhvil-təslim prosesini başladıb. İqtisadiyyat Nazirliyində mühüm vəzifə tutan Əliyev «Mingəçevir»in maliyyə hesabatını qarşı tərəfə təqdim edib.

ASTA Adnan Əhmədzadəyə məxsusdur. SOCAR-ın sabiq vəzifəli şəxsi, indi isə özünü iş adamı kimi təqdim edən Əhmədzadə «Mingəçevir» ilə bağlı uzunmüddətli fəaliyyət proqramı hazırlayıb.

Böyük biznes imperiyası qurmuş Adnan bəyin nümayəndəsi İcraiyyə Komitəsinin son yığıncağında iştirak eləyib və layihə barədə məlumat verib.

SPORTİNFO.AZ

Избранный
27
1
sportinfo.az

2Источники