RU

Rusiyada bütün mobil abunəçilərin yeri haqqında MƏLUMAT TOPLANACAQ

Rusiyada bütün mobil abunəçilərin yeri haqqında məlumatlar toplanacaq.

İnterpress.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Məlumata görə, Rəqəmsal İnkişaf Nazirliyi anonim geoizləmələrin toplanması üçün “Qostex” platformasında xidmət hazırlayır. Onlar bu məlumatdan dövlət idarəçiliyi, o cümlədən yolların və məktəblərin tikintisini planlaşdırmaq üçün istifadə etmək istəyirlər.

Telekommunikasiya operatorları geoizləmələrin toplanmasının rabitə məxfiliyini və vətəndaşların şəxsi həyatını poza biləcəyindən narahat olduqlarını bildirirlər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
17
interpress.az

1Источники