RU

Postekoqlu “Tottenhem”in son uğursuzluqlarını şərh etdi

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu “mahmızlar”ın İngiltərə Premyer Liqasının yarış cədvəlindəki mövqeyindən söhbət açıb.

Arena.az xatırladır ki, Premyer Liqanın 17 oyunundan 23 xalla “Tottenhem” yarış cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

“Məncə, özümüzü bəxtsiz hiss etməmək gərəkdir. Mövsüm irəlilədikcə hər bir xüsusun düzəldiyini düşünmək istərdim. Yarışdakı mövqeyimizi müəyyən edən hallar var. Bunun çoxu çıxışlarımızdakı qeyri-sabitliklə, bəzən oyunlardakı qeyri-sabitliklə, həmçinin meydana hansı komandanı çıxara biləcəyimizdəki qeyri-sabitliklə bağlıdır. Bütün bunlar bizim, liqada daha güclü mövqeyə sahib olmaq qabiliyyətimizi sarsıtdı, amma dediyiniz kimi və dediyim kimi, mən komandanın tərrəqqi etdiyini hələ də hesab edirəm. Mən düşünürəm ki, gördüyümüz işlərdə hələ də müsbət cəhətlər var. Buna rəğmən, biz öz mövqeyimizi yaxşılaşdırmalıyıq”, – “Tottenhem”in rəsmi saytı yunanəsilli avstraliyalı mütəxəssisdən sitat gətirir.

Angelos Postekoqlu “Tottenhem”in sükanı arxasına 2023-cü ilin iyulunda keçib. Postekoqlunun “Tottenhem”lə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Çalışdırdığı müddətdə “Ange” “mahmızlar”ı 67 oyuna çıxarıb, 34 qələbə qazandırıb, 10 oyunda heç-heçə, 23 oyunda isə məğlubiyyət yaşayb. Top fərqi isə 137:105 nisbətindədir.

Postekoqlunun “Tottenhem”i 2023/2024-cü illər İngiltərə Premyer Liqasını 66 xalla 5-ci pillədə başa vurub və cari mövsümdə Avropa Liqasında iştirak hüququ əldə edib. Maraqlıdır ki, “mahmızlar” ötən mövsüm boyu zədələrdən əziyyət çəksələr də, Postekqolu komandanın sükanını taraz saxlaya bilib. Beləliklə, ötən mövsmün bitməsilə 59 yaşlı yaşlı mütəxəssis klub rəhbərliyinin etimadını bir daha qazanıb.

Избранный
13
arena.az

1Источники