RU

Qazaxıstan baş nazirinin müavini: Hazırda təyyarə qəzasında 38 nəfərin öldüyü məlumdur

Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər ölüb.

Ölkə.az APA-ya istinadən xəbər verir ki, bu barədə Tengrinews.kz Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayevə istinadən məlumat yayıb.

Hazırda Aktauda olan Baş nazirin müavini Kanat Bozumbayev sərnişin təyyarəsinin qəzaya uğramasının təfərrüatlarını açıqlayıb.

Baş nazirin müavininin sözlərinə görə, hazırda 38 nəfərin öldüyü məlumdur.

Baş nazirin müavini yanmış meyitlərin tanınmaz halda olduqlarını, onların morqa aparılacağını və şəxsiyyətlərinin müəyyənləşdiriləcəyini qeyd edib.

Избранный
8
5
olke.az

10Источники