RU

Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatının görüşləri matəm günü ilə əlaqədar təxirə salınıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunda taekvondo üzrə yeniyetmə və gənclər arasında ölkə birinciliyi, böyüklər arasında isə Azərbaycan çempionatının dekabrın 26-na təsadüf edən görüşləri matəm günü ilə bağlı təxirə salınıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar sabahkı görüşlər dekabrın 27-də baş tutacaq.

Qeyd edək ki, yarışa dekabrın 30-da yekun vurulacaq.

Избранный
19
6
90deqiqe.az

7Источники