RU

Alimlər Yerdə və digər planetlərdə həyatın inkişafını nəyin məhdudlaşdırdığını tapdı

Santa Fe İnstitutunun alimləri araşdırma apararaq həm Yerdə, həm də ondan kənarda həyatın mövcud olması üçün zəruri olan şərtləri müəyyən ediblər. Onlar bütün canlı sistemləri idarə edən qanunları və onların digər planetlərdə potensial həyat formalarına təsirini öyrəniblər. 

HİT.az xəbər verir ki, araşdırma "Interface Focus" jurnalında dərc olunub.

Tədqiqatçılar termodinamika, genetika, ekologiya, təkamül və digər elm sahələrinə aid məlumatları təhlil ediblər. Onlar belə nəticəyə gəliblər ki, regenerasiya qabiliyyəti, qapalı hüceyrə strukturları və beyin kimi məlumat emal mexanizmləri olmadan həyatın mümkün olmayacaq. 

Həmçinin məlum olub ki, həyat bütün formalarında bioloji sistemlərin mümkün müxtəlifliyini və onların inkişafını məhdudlaşdıran universal qanunlara tabedir.

Tədqiqatçılar qeyd edirlər ki, həyatın bir çox aspektləri elm adamları tərəfindən kəşfdən çox əvvəl proqnozlaşdırılıb. Məsələn, Ervin Şrödinger öz kitabında məlumat saxlayan molekulların “aperiodik kristallar” olacağını irəli sürüb. Onun bu fikri daha sonra DNT strukturunun kəşfi ilə təsdiqlənib.

"Bu kimi tədqiqatlar həyatı dərk etməyin fənlərarası yanaşma tələb etdiyini vurğulayır", deyə alimlər bildirib. 

Nəticələr yerdən kənar həyatın axtarışına rəhbərlik etməyə kömək edəcək və biomühəndislik layihələrinin inkişafında yeni imkanlar açacaq.

Samir
 

Избранный
38
50
hit.az

10Источники