RU

"Yalnız Yamal ondan yaxşıdır"

style='margin-bottom:10px;'>

İtaliya millisinin sabiq futbolçusu Antonio Kassano "Atalanta"nın oyunçusu Şarl De Ketelare haqda danışıb. 

QOL.az "Goal" nəşrinə istinadən xəbər verir ki, o deyib: 

"Hazırda De Ketelare İtaliya A Seriyasının və ümumi dünyanın ən güclü oyunçularından biridir. Onun dahi məşqçisi sağ olsun. Onda olan topa nəzarəti mən ancaq Kakada görmüşəm. Düşünürəm, yaxın illərdə TOP klublarda çıxış etməlidir ki, "Qızıl Top"u qazana bilsin.

Onu şəxsən tanımıram, heç vaxt onunla görüşməmişəm. Şarl hazırda Avropanın ən yaxşılarındandır. Salahın artıq 32 yaşı var, fərqli yaşdadır. Yalnız "Barselona"dan olan kiçik oğlan (Lamin Yamal - red.) De Ketelaredən yaxşıdır". 

Qeyd edək ki, Şarl De Ketelare bu mövsüm "Atalanta"nın heyətində 24 matça çıxaraq 10 qol vurub və 9 qolun ötürməsini edib.

Избранный
15
teleqraf.com

1Источники