RU

Lavrovdan nüvə müharibəsi barədə xəbərdarlıq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO, Avropa ölkələrinə və ABŞ-yə nüvə müharibəsi ilə bağlı xəbərdar edib. Metbuat.az xəbər verir ki, o bildirib ki, nüvə müharibəsi heç vaxt baş verməməlidir. Bununla belə, Lavrov Rusiyanın nüvə müharibəsinə hazır olduğunu ifadə edib. Rusiya dünyanın münaqişəli bölgələrində gərginliyin azaldılması üçün çalışdığını deyən Lavrov, Rusiyanın nüvə silahının istifadəsinin qarşısını almaq üçün əlindən gələni etdiyini ifadə edib.

Lavrov, “Ukrayna müharibəsi başlayanda bəzi Qərb ekspertləri bu müharibədə nüvə elementlərindən istifadə edilə biləcəyini deyirdilər. Hətta Böyük Britaniya baş naziri nüvə silahı düyməsini basmağın onun məsuliyyəti olduğunu bildirdi. NATO-ya üzv dövlətlərdən də NATO-nun nüvə ittifaqı olduğuna dair açıqlamalar olub. Gördüyünüz kimi, bu müzakirəni başlatan biz deyilik" - deyə bildirib.

Избранный
40
metbuat.az

1Источники